28 Kasım 2017 Salı

Arzuların zirvəsində xosbəxtlim varmı??

En cox neyi isterdim həyatda?..Hər zaman arzularım dəyişik olub.Hər zaman qurdugum arzuları xəyal olarag düsünüb özümü çətin anlarımda təsəlli ederdim..Amma yaşadıqca anladımki arzular xəyal olaraq yasanması üçün deyil gerçəkləşdirmək üçün qurular.Nə istədiyini bilməyən insan hec vaxt arzuladıgı mövqeye çata bilməz.Və qurdugum arzunun reallaşması üçün daima mübarizə etməyin vacib oldugunu öyrəndim.Əslində insan xəyal etdikcə yerində sayar,mubarize etdikce arzularına təraf yol alar.Çətin bir yol.Elə bir yolki,bu yolda istəmədən itirəcəklərim və dusunmədən əldə edəcəklərim var.Aglımda yalnızca bu sual dolaşırdı "Arzularm bunlara dəyərmi?"..Və sualıma cavab aztarmadan bu yolda irəli getməyə başladım.Her addımda yeni bir ugur və bu ugurda yeni bir qurban verməyə başladım.İlk öncə asudə vaxtlarımı qurban verdim,sonra gecə yuxusunu,sonra evdarlıgımı,sonra ailemə vaxt ayırmagımı,və sonra ən agrılı qurbanlarımı verməyə basladım.Dostlarımı,yaxınlarımı.Cunki mənim tutdugum yolda onların mənə dəstək olmadıgını göruncə onlardan uzaqlasdım.Agrılı qurbanlardı bəli....
Bir gün bir söz eşitdim."Zirvədə olanlar daima yalnız olar."Bəli mən zirvəyə dogru yol almışdım,Bəlkədə xəyal etmədiklərimi belə əldə etmək arzusunada qapılmışdım.Və sonda istədiyim mövqeyə çatdım.Geriyə baxdıqda bir cox şeyləri itirdiyimi və əvəzində daha çox şey qazandıgımın fərqində idim.Lakin cox qazandıglarıma rəgmən itirdiyim az şeylər ürəyimi sancmaga başlayırdı.Bəzən keçmiş gunlərim üçün darıxırdım.Əslində onlarla oldugum vaxtlardada tam xoşbəxt deyildim.Cunki arzu etdiklərimi əldə etmək istəyirdim.Kaşki məni tək qoymasaydılar deyə ah çəkdim.Dogrudu hər şeyə nail olmuşdum amma yenədə tam xoşbəxt deyildim.Və anladımki insan nə qədər ugur qazanarsa qazansın,yenədə həyatda tam xosbəxtlik yoxdur.Hər ugurda bir qurban,hər xoşbəxtlikdə bir huzun mütləq vardır.........

Hiç yorum yok:

Yorum Gönder

Arzuların zirvəsində xosbəxtlim varmı??

En cox neyi isterdim həyatda?..Hər zaman arzularım dəyişik olub.Hər zaman qurdugum arzuları xəyal olarag düsünüb özümü çətin anlarımda təsəl...