28 Kasım 2017 Salı

Arzuların zirvəsində xosbəxtlim varmı??

En cox neyi isterdim həyatda?..Hər zaman arzularım dəyişik olub.Hər zaman qurdugum arzuları xəyal olarag düsünüb özümü çətin anlarımda təsəlli ederdim..Amma yaşadıqca anladımki arzular xəyal olaraq yasanması üçün deyil gerçəkləşdirmək üçün qurular.Nə istədiyini bilməyən insan hec vaxt arzuladıgı mövqeye çata bilməz.Və qurdugum arzunun reallaşması üçün daima mübarizə etməyin vacib oldugunu öyrəndim.Əslində insan xəyal etdikcə yerində sayar,mubarize etdikce arzularına təraf yol alar.Çətin bir yol.Elə bir yolki,bu yolda istəmədən itirəcəklərim və dusunmədən əldə edəcəklərim var.Aglımda yalnızca bu sual dolaşırdı "Arzularm bunlara dəyərmi?"..Və sualıma cavab aztarmadan bu yolda irəli getməyə başladım.Her addımda yeni bir ugur və bu ugurda yeni bir qurban verməyə başladım.İlk öncə asudə vaxtlarımı qurban verdim,sonra gecə yuxusunu,sonra evdarlıgımı,sonra ailemə vaxt ayırmagımı,və sonra ən agrılı qurbanlarımı verməyə basladım.Dostlarımı,yaxınlarımı.Cunki mənim tutdugum yolda onların mənə dəstək olmadıgını göruncə onlardan uzaqlasdım.Agrılı qurbanlardı bəli....
Bir gün bir söz eşitdim."Zirvədə olanlar daima yalnız olar."Bəli mən zirvəyə dogru yol almışdım,Bəlkədə xəyal etmədiklərimi belə əldə etmək arzusunada qapılmışdım.Və sonda istədiyim mövqeyə çatdım.Geriyə baxdıqda bir cox şeyləri itirdiyimi və əvəzində daha çox şey qazandıgımın fərqində idim.Lakin cox qazandıglarıma rəgmən itirdiyim az şeylər ürəyimi sancmaga başlayırdı.Bəzən keçmiş gunlərim üçün darıxırdım.Əslində onlarla oldugum vaxtlardada tam xoşbəxt deyildim.Cunki arzu etdiklərimi əldə etmək istəyirdim.Kaşki məni tək qoymasaydılar deyə ah çəkdim.Dogrudu hər şeyə nail olmuşdum amma yenədə tam xoşbəxt deyildim.Və anladımki insan nə qədər ugur qazanarsa qazansın,yenədə həyatda tam xosbəxtlik yoxdur.Hər ugurda bir qurban,hər xoşbəxtlikdə bir huzun mütləq vardır.........

27 Kasım 2017 Pazartesi

Uşaq qalmaq istəyirəm

Dizlərim qanayacag deyə agacalara çıxmayacagamsa....
Məni isladır deyə yagışdan qorxacagamsa.....
Qar dənəciklərinin üzümə toxunmasından sevinməyəcəyəmsə.....
Göy üzündəki ulduzlara heyran qalmayacagamsa......
Uzun uzadı suallar verməkdən bezəcəyəmsə.......
Quşları oxsamaqdan doyacagamsa.....
Ətrafımı qorxular ,şubhələr bürüyəcəksə......
Hər gecə dünyanı,bütün insanları və yaxınlarımı ilanlardan əqrəblərdən qorusun deye allaha dua etməyəcəyəmsə.....
Və yalnız mənə yaxşılıq edənləri sevəcəyəmsə....Böyumək istəmirəm....Usaq qalmaq istəyirəm..

26 Kasım 2017 Pazar

Qələm və pozan

İsan həyatı ya qələmə ya da pozana bənzər.Əgər görduyumuz islərdən sonra bir iz qalırsa deməli qələmə bənzəyirik.Yox kiminsə qoydugubir izi siliriksə deməli pozan oluruq.                                                                                       Qələm qiymətlidir....Kimisi qələmi hədiyyə verir,kimisə qələmi bir xatirə olaraq saxlayır.Qələmlə yazılan əsərlərin sayı hesabı yoxdur.Ona görədə qələmlər hec vaxt ölmur.Silgi pozduqca təkcə pozduqlarını yox,özunude yox edir.Bir sözle pozan pozduqca ölur,qələm yazdıqca yaşayır və yaradır.Həyatınız təki qələmə bənzəsin.Və daim yazaq yaradaq....

Qadın olmaq

  Sizce qadın olmaq nedir?.Sevmek mecburiyyetinde oldugu adetleri ve qorumalı oldugu namusu vardır...Sevse gunah,sevmese sevmeye istemedende mecbur edilen bir valıqmı?.Sussa cahil,susmasa həyasız,baxımlı olsa ferli yolun yolcusu deyil,baxımsız olsa can sıxıcı biridir.Ailesi üçün gencliyini gözelliyini feda etse adi qarşılanar,amma özü üçün nese ederse qebahet olar.Xeyanete ugrasa susmalı,amma qadın xeyanet etse daşa qalaq olmalı.Sevgidədə,ailədədə,xəyətdədə,çətinlikdədə ancag qadınmı fedakar olmalı?..Dunyanın butun yükünü qadınmı çiyninde daşımalı?.Eger belese ise neye göre qehreman qadınlara QADIN KİMİ QADINDIR demek evezine KİŞİ KİMİ QADINDIR deyirler..

Arzuların zirvəsində xosbəxtlim varmı??

En cox neyi isterdim həyatda?..Hər zaman arzularım dəyişik olub.Hər zaman qurdugum arzuları xəyal olarag düsünüb özümü çətin anlarımda təsəl...